İdman
İki komanda büdcə həddini pozub? - Araşdırma başladı
FİA 2024 mövsümü üçün müəyyən edilmiş büdcə limitlərinin ciddi şəkildə pozulması ilə bağlı “Mercedes” və “McLaren” komandalarına qarşı araşdırma başladıb.
Publika.az xəbər verir ki, bu barədə “Sky Italia”ya məlumat yayıb.
Məlumata görə, FİA-nın xərclərin məhdudlaşdırılması üzrə administrasiyası məsələni pərdəarxası şəkildə araşdırır. Əgər komandalar günahkar bilinərsə, bu, çox səs-küylü hadisəyə çevriləcək. Xüsusilə onu nəzərə alsaq ki, “McLaren” həm 2024, həm də 2025-ci illərdə Konstruktorlar Kubokunun qalibi olub və hazırda komandanın pilotları Lando Norris və Oskar Piastri dünya çempionluğu uğrunda mübarizə aparırlar.
“Sky Italia” mümkün pozuntuların büdcə artıq xərclənməsi ilə, yoxsa prosedur qaydalarının pozulması ilə bağlı olduğunu dəqiqləşdirməyib, lakin məlumatlara əsasən, araşdırma komandaların maliyyə hesabatlarında uyğunsuzluqlarla əlaqəlidir.
Mümkün cəzalar arasında maliyyə sanksiyaları, aerodinamik sınaqlara məhdudiyyətlər (2021-ci ildə “Red Bull”a tətbiq olunan kimi), növbəti mövsüm üçün büdcənin azaldılması və ya hətta Konstruktorlar Kubokunda və pilotların şəxsi hesabında xal silinməsi kimi tədbirlər yer alır.
FİA hələlik məsələ ilə bağlı şərh verməyib və bildirib ki, komandaların maliyyə sənədləri hələ qiymətləndirmə mərhələsindədir. Rəsmi sertifikat siyahısı proses başa çatdıqdan sonra açıqlanacaq.
-
ABŞ22:30Trampın sosial şəbəkəsində mərc sürprizi
-
Kriminal21:49Canlı yayımda saçı qırxılan qadın DANIŞDI - O gün nələr baş verib?
-
Nida Xəbər 21:25Ramiz Mehdiyevin nəvəsi Bakıda yarım milyonluq maşınla gəzir - Foto
-
Ekologiya20:36Sabah yağış və qar yağacaq - Proqnoz
-
Magazin119:30Hüseyn Həsənov tanınmaz halda: 1 aydır buna görə yoxa çıxıbmış - Fotolar
-
Nəqliyyat18:40Bakıda axşam tıxacı: 20 yol keçilməz oldu
-
Sosial17:48Mehdiyevin 50 nəfərlik siyahısında olan müxalifət nümayəndələri - ADLAR/DETALLAR
-
Hadisə17:15Azərbaycanda zəlzələ oldu















.jpg)


.jpg)



.jpg)







.jpg)


