Robben, Noyer və... “Auqsburq”un baş məşqçisi
Bizi izləyin

İdman

Robben, Noyer və... “Auqsburq”un baş məşqçisi

Almaniya Bundesliqasında cari mövsümün ilk yarısının ən yaxşıları müəyyənləşib. “Bavariya”nın aparıcı futbolçularından sayılan Aryen Robben ən yaxşı futbolçu seçilib.

Publika.az xəbər verir ki, "Kicker" nəşrinin keçirdiyi və 240 futbolçunun iştirak etdiyi səsvermənin nəticəsinə əsasən, Holland futbolçu birinci olub. O, səslərin 46,7 faizini toplayıb.

Robbenin “Bavariya”dakı komanda yoldaşı Manuel Noyer ən yaxşı qapıçı seçilib.

"Auqsburq"un çalışdırıcısı Markus Vayntsirl isə bu mövsümün ən yaxşı baş məşqçisi olub.

Laureatların ədalətli seçim olduğunu söyləyə bilərik. İlk dövrədə 12 Bundesliqa oyununda meydana çıxan Aryen 9 qolla komandasının bombardiridir. Noyer də əsas heyətdəki yerini layiqincə qoruyub.

“Auqsburq” isə fantastik mövsüm keçirir. Vayntsirlin rəhbərliyi altında bavariyalılar 17 tur ərzində 9 qələbə qazanıb, 8 dəfə məğlub olub. Hətta bir ara turnir cədvəlində 3-cü pilləyə kimi yüksəlmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm