Daha bir futbolçumuz Türkiyə klubundan qovuldu
Bizi izləyin

İdman

Daha bir futbolçumuz Türkiyə klubundan qovuldu

Daha bir futbolçumuz Türkiyə klubundan kənarlaşdırılıb.

Publika.az хəbər verir ki, "Qaziantep BB" Vaqif Cavadovla yollarını ayırıb.

"Milliyət" qəzetinin məlumatına görə, Qaziantep təmsilçisi baş məşqçinin istəyi ilə Vaqif Cavadov, Muhammed Demirci, Özgür Öçal, Ahmet Devret, Gökay İravul, Yosef Çınar və Ferdi Coşkunla vidalaşıb.

Yayda "İnter"dən "Qaziantep BB"yə transfer olunan Vaqif 21 oyunda 1154 dəqiqə oynayıb və 3 qola imza atıb.

Qeyd edək ki, "Qaziantep BB" bir müddət əvvəl Rəhman Hacıyevlə də vidalaşıb. Bu günlərdə daha iki futbolçumuz türk klubları ilə yollarını ayırıb. Rail Məlikov "Dənizlispor"dan, Cihan Özkara isə "Sivasspor"dan kənarlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm