“Barselona”nın futbolçusu 27 yaşında milli karyerasını bitirdi
Bizi izləyin

İdman

“Barselona”nın futbolçusu 27 yaşında milli karyerasını bitirdi

“Vest Hem”in yarımmüdafiəçisi Aleks Sonq Kamerun millisindəki çıxışını başa vurmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, transfer hüququ “Barselona”ya məxsus olan futbolçu bu barədə İnstaqram səhifəsində yazıb. Sonuncu dəfə DÇ-2014-də millinin formasını geyinən Sonq Xorvatiyayla qrup oyununda (0:4) qırmızı vərəqə alaraq meydandan qovulmuş və sonradan rəhbərlik turnirdəki fiaskoya görə ən çox onu təqsirləndirmişdi.

27 yaşlı xavbek Afrika Millətlər Kubokunun iştirak ərizəsində adını görməyincə milliylə vidalaşmağa qərar verib. Karyerası ərzində 38 dəfə milli forma geyinən Aleks bu göstəricidə əmisioğlu Riqober Sonqdan çox geri qalır. Rekord Riqoberə məxsusdur (138 oyun).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm