İdman
Slot Salahdan danışdı
“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem”lə keçiriləcək oyundan əvvəl komandasının hücumçusu Məhəmməd Salah haqqında danışıb.
Publika.az xəbər verir ki, deyə Slot bu barədə klubun rəsmi saytında bildirib.
“Keçən həftə qeyd etdim ki, hərəkətlər sözlərdən daha çox şey ifadə edir. Biz irəlilədik. O, “Brayton”la oyunda heyətdə idi və mənim etdiyim ilk əvəzetmə idi. Məhəmməd hazırda Afrika Millətlər Kubokunda iştirak edir və təkcə özü üçün deyil, həm də ölkəsi üçün vacib oyunlarda iştirak edir.
Həm onun, həm də bizim qarşımızda çox vacib oyunlar var, ona görə də özümüzə diqqət yetirmək ən yaxşısıdır. Onun klubdakı mövqeyi ilə bağlı sözlərimdə heç bir yayındırıcı məqam olmamalıdır”.
Salah hazırda Afrika Millətlər Kubokunda mübarizə aparacaq Misir milli komandasınını düşərgəsindədir.
Misir B qrupunda Cənubi Afrika, Anqola və Zimbabve ilə oynayacaq.
“Liverpul”un baş məşqçisi Arne Slot daha əvvəl klubu tənqid edən müsahibəsi və mövqeyindən narazılığı səbəbindən oyunçunu komandadan kənarlaşdırmışdı.
-
Region15:37Qəzaya uğramış "C-130" ilə bağlı Türkiyədən yeni açıqlama
-
Nida Xəbər 14:30Azərbaycan bu ölkəyə milyard dollarlıq sərmayə yatırdı
-
Magazin214:00Sərxoş sərnişin Əməkdar artistə hücum etdi - VİDEO
-
İqtisadi gündəm13:42“Qarabağ Toxum” şirkətində maliyyə nöqsanı aşkarlandı
-
MDB13:10Tikinti şirkətinin rəhbəri maaş üçün gələn fəhlələrə atəş açdı
-
MDB12:30Əsgər gedən reper xüsusi təyinatlılarda xidmətə başladı - FOTO
-
Hadisə11:51Şəmkirdə məktəb direktorunun işdən çıxarılmasının səbəbi məlum oldu
-
Hadisə11:42Sürücünü döyən “Socar”ın əməkdaşı həbs olundu



























