Yaxın Şərq
Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
ABŞ-ın Hörmüz boğazı ilə bağlı mövqeyi və regionda dəyişən geosiyasi balanslar İsrail kəşfiyyatında ciddi narahatlıq yaradıb. İsrail hərbi kəşfiyyatının sabiq yüksək rütbəli rəsmisi, İran üzrə mütəxəssis Denni Tsitrinovits "Politico" nəşrinə açıqlamasında sensasion xəbərdarlıqlar edib.
Publika.az xəbər verir ki, ekspert Hörmüz boğazının təhlükəsizliyi məsələsinin digər ölkələrin öhdəsinə buraxılmasının Tehranın regiondakı mövqelərini görünməmiş dərəcədə gücləndirəcəyini bildirib.
Tsitrinovitsin sözlərinə görə, bu ssenari Körfəz ölkələri üçün fəlakətlə nəticələnə bilər: "Bu, region dövlətləri üçün çox pis olacaq. Onlar hər mənada İrandan asılı vəziyyətə düşəcəklər, çünki İran onları faktiki olaraq girov saxlayacaq".
Ekspert qeyd edib ki, yaranmış vəziyyət Tehrana enerji daşıyıcılarının nəqli üçün xüsusi rüsumlar tətbiq etmək imkanı verəcək. Bu isə İranın həm iqtisadi, həm də siyasi nüfuzunu artıracaq, Qərbin sanksiya rıçaqlarını zəiflədəcək. Nəticədə, Avropa və Asiya ölkələri İranla daha sıx danışıqlara getmək məcburiyyətində qalacaqlar.
Müəllif: Adəm
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır






.jpg)











.jpg)




.webp)











.jpg)

