Nida Xəbər
Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek sensasion iddia səsləndirib. O, ötən ilin noyabrında Azərbaycandan qayıdarkən Gürcüstan səmasında qəzaya uğrayan Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsinin İsrail tərəfindən vurulduğunu bildirib.
Publika.az “Globalinfo”ya istinadən xəbər verir ki, Perinçek 20 türk zabitinin şəhid olduğu qəza ilə bağlı hesabatın gizlədildiyini iddia edərək, açıqlanmasını tələb edib.
.jpg)
Bəzi məlumatlara görə, siyasətçi bu bəyanatı yaxın münasibətləri olduğu müəyyən dairələrin tapşırığı ilə səsləndirib. Məqsəd isə Bakı və Ankara əməkdaşlığını hədəf almaqdır.
Deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin yaratdığı birgə komissiya təyyarənin qəzaya uğramasının səbəblərini öyrənib: “Lazımi məlumatlar və qəzanın obyektiv səbəbləri ictimaiyyətə açıqlanıb. Ancaq Perinçekin bir neçə ay sonra təyyarənin İsrail tərəfindən vurulduğunu iddia etməsi və faciəli hadisəni yenidən informasiya dövriyyəsinə gətirməsi müəyyən suallar doğurur.
.jpg)
Ümumiyyətlə, bu iddia kimə lazımdır və niyə indi bu qəza ətrafında yeni informasiya dumanı yaradaraq ictimai rəyə şübhəli fikirlərin ötürülməsi istənilir – bu aydın görünür. Hazırda Yaxın Şərqdə müharibə gedir, tərəflərdən biri İran, digəri ABŞ və İsraildir. Müharibənin daha geniş coğrafiyaya yayılması bəzi mərkəzlərin maraqlarına uyğundur. Şərqi Avropada uzun müddətdir müharibə aparan Rusiya da bu vəziyyətin davam etməsini öz maraqlarına uyğun görür.
Belə olan halda, təyyarə qəzasının xüsusi hadisə kimi, İsrailin etdiyi bir cinayət olaraq təqdim edilməsi Ankara-Təl-Əviv münasibətlərini daha da gərginləşdirmək və Türkiyəni müharibənin bir parçası kimi göstərmək cəhdidir. Bu, həmçinin Şərqi Avropada müharibə aparmaq istəyən, çıxış yolu tapa bilməyən Rusiyanın maraqlarına xidmət edir. Türkiyəli bir siyasətçinin belə iddia ilə çıxış etməsinin məqsədi aydındır. Bu iddia ilə kimlərin maraqlarına xidmət ediləcəyi də bəllidir.
Türkiyə cəmiyyəti kifayət qədər savadlıdır və belə informasiyanın niyə məhz indi dövriyyəyə buraxıldığını yaxşı anlayır. Bu cür informasiya manipulyasiyası uğur qazanmayacaq”.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































