İdman
“Qalatasaray” “Qarabağ”ın rəqibini zəiflədəcək?
“Qalatasaray” “Ayntraxt”ın hücumçusu Elya Vai ilə maraqlanır.
Publika.az xəbər verir ki, jurnalist Ekrem Konur sosial media hesabında yazıb ki, 22 yaşlı fransız hücumçu bu qış Türkiyə klubuna icarəyə verilə bilər.
Mənbənin məlumatına görə, “Qalatasaray” onu almaq hüququ ilə icarəyə götürmək istəyir, lakin “Ayntraxt” yalnız sonrakı satış olmadan icarə variantını nəzərdən keçirməyə hazırdır.
Ella Vai ilə “Napoli”, “Atletiko Madrid” və “Borussiya Dortmund” da maraqlanır. Hücumçu bu ilin yanvar ayında “Marsel”dən 26 milyon avroya “Ayntraxt Frankfurt”a keçib. O vaxtdan bəri o, Frankfurt klubunda 25 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Vainin “Ayntraxt”la hazırkı müqaviləsi 2030-cu ilə qədərdir və “Transfermarkt”a görə, onun bazar dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, “Ayntraxt” ÇL-in Liqa mərhələsində “Qarabağ”ın rəqibidir.
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi




































