Ulduzlar Milana toplaşır
Bizi izləyin

İdman

Ulduzlar Milana toplaşır

İtaliyanın "İnter" klubu heyətini gücləndirməkdə davam edir.

Publika.az xəbər verir ki, baş məşqçi Roberto Mançini "İnter"i yenidən super komandaya çevirmək yolunda ciddi addımlar atır. Bir müddət əvvəl “Arsenal”dan Lukas Podolskinin keçidini həll edən “neradzurra” daha bir ulduz futbolçunu Milana gətirib.

"Bavariya"da çıxış edən Xerdan Şaqiri mövsümün qalan hissəsini göy-qara formada başa vuracaq. Rəsmi imzalanma mərasiminin yaxın günlərdə baş tutacağı bildirilib.

Şaqiri “Bavariya”da yetərincə oyun praktikası qazanmadığı üçün bu transferi sevinclə qarşılayıb. İsveçrəli yarımmüdafiəçi cari mövsümdə Bundesliqada 9 oyunda meydana çıxmış və 1 qolla yadda qalmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm