İdman
Futbol inqilabi dəyişikliklərin astanasında: IFAB-ın yeni planları açıqlandı
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunun bilərəkdən ləngidilməsinin qarşısını almaq məqsədilə aut atışları və qapı zərbələri üçün vaxt sayğacının tətbiqini, həmçinin əvəzetmələrə vaxt limiti qoyulmasını müzakirə edəcək.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
IFAB-ın məsləhətçi qrupları son aylarda oyun prosesinin optimallaşdırılması üçün müxtəlif variantları araşdırıblar. Əsas ideyalardan biri aut atışları və qapı zərbələri zamanı vaxtdan istifadədir. Bu təşəbbüslər gələn çərşənbə axşamı Londonda keçiriləcək təşkilatın illik işgüzar toplantısında ətraflı müzakirə olunacaq və qiymətləndiriləcək.
Statistikaya görə, orta hesabla bir aut atışına təxminən 25 saniyə sərf olunur. Bəzi hallarda isə daha çox olur. Məsələn, İngiltərə Premyer Liqasının 9-cu turunda keçirilən “Brentford” – “Liverpul” matçında bu fasilələr 35 saniyəyə qədər uzanıb. IFAB vaxtın top oyundan çıxanda dayandırıldığı təmiz vaxt formatına keçmədən alternativ həll yolları tapmağa çalışır.
Təklif olunan istənilən qayda dəyişikliyi rəsmi təsdiqdən əvvəl mütləq sınaq mərhələsindən keçməlidir. Bu isə o deməkdir ki, mümkün yeniliklər bu yay keçiriləcək dünya çempionatının final mərhələsinə qədər tətbiq olunmayacaq.
Qeyd edək ki, IFAB daha əvvəl də oxşar tədbirləri nəzərdən keçirib. Xüsusilə, qapıçının topu səkkiz saniyədən artıq saxlaması halında rəqib komandanın xeyrinə künc zərbəsinin təyin olunması qaydası müzakirə edilib.
Heybət
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO




































