Dünya
Ərdoğanın maaşı artırıldı: Görün nə qədər oldu
Türkiyədə iyun ayı üzrə inflyasiyanın 0,99 faiz açıqlanmasından sonra dövlət qulluqçularının və dövlət qulluqçusu təqaüdçülərinin maaşları 13,52 faiz artırılıb.
Publika.az xəbər verir ki, maaş artımı prezident Rəcəb Tayyib Ərdoğana, millət vəkillərinə, təqaüddə olan millət vəkillərinə, nazirlərə və sabiq nazirlərə də şamil edilib.
Ərdoğanın maaşı 354 497 lirəyə (12 876 manat) yüksəlib. Təqaüddə olan millət vəkili kimi aldığı 201 658 lirə (7324 manat) ilə birlikdə onun aylıq ümumi gəliri 556 min 155 lirə (20 200 manat) təşkil edəcək.
Türkiyə Böyük Millət Məclisində həm deputat, həm də təqaüddə olan deputat maaşı alan təxminən 450 millət vəkilinin aylıq ümumi gəliri isə 512 min lirəyə (18 597 manat) çatıb. Son artımdan sonra deputat maaşı 310 332 lirə (11 272 manat), təqaüddə olan deputat maaşı isə 201 677 lirə (7325 manat) olub.
Müəllif: Roza
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər








.jpg)
.jpg)
























