İdman
Təsdiqləndi: Görün DÇ-də biabır olan Türkiyə yığmasının hər bir üzvünə nə hədiyyə ediləcək
Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu son illərin ən yüksək vədlərindən birini yerinə yetirəcəyini və milli komandanın oyunçularına Dünya Kubokundakı uğursuz nəticələrinə baxmayaraq, villalar verəcəyini təsdiqləyib.
Publika.az xəbər verir ki, o, bu barədə "haberts" nəşrinə verdiyi müsahibədə bildirib .
Son həftələrdə layihənin taleyi Türkiyə mediasında qızğın müzakirələrə səbəb olub. Xüsusilə, ərazinin statusuna görə tikintinin mümkün olmadığı barədə məlumatlar yayılıb. Lakin federasiya rəhbəri bu şayiələri qəti şəkildə təkzib edib.
"Burası qorunan ərazi deyil. Artıq bütün lazımi icazələr alınıb və tikinti işləri tezliklə başlayacaq. Futbolçulara verdiyim vədi mütləq yerinə yetirəcəyəm", - deyə Hacıosmanoğlu vurğulayıb.
Federasiya prezidenti Dünya Kubokunun seçmə mərhələsi üçün verilən bonusların təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, federasiya FİFA-dan 14 milyon dollar alıb, əlavə olaraq öz büdcəsindən 2 milyon dollar əlavə edilib.
Nəticədə, ümumi 16 milyon dollarlıq bonus seçmə mərhələdə milli komandaya çağırılan bütün oyunçular arasında bərabər bölünüb. Məşqçilər heyətinin üzvləri və inzibati heyət də oyunçuların istəyi ilə bonusun bir hissəsini alıblar.
Müəllif: Tural
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu












.jpg)





.jpg)


















