Maraq dünyası
İslandiyanın Baş nazirinin görüntüləri gündəm oldu - VİDEO
İslandiyanın Baş naziri Kristrun Frostadottir NATO Zirvəsi çərçivəsində Ankarada keçirilən rəsmi tədbirlərdə diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə Prezident Kompleksində təşkil olunan rəsmi qəbul zamanı Frostadottirin Beştəpəyə daxil olarkən ətrafı maraqla izləməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
38 yaşlı siyasətçi rəsmi avtomobildən düşdüyü andan Prezident Kompleksinin memarlığına və ətraf mühitə diqqətlə baxması ilə kameralara tuş gəlib. Onun bu anları qısa müddətdə sosial mediada geniş yayılıb.
Baş nazirin görüntüləri NATO Zirvəsinin ən çox müzakirə edilən mövzularından olub.
NATO Zirvəsində iştirakını başa vuran Frostadottir daha sonra Ankara Qalasını da ziyarət edib.
Baş nazir əvvəlcə qala yaxınlığındakı restoranlardan birində nahar edib, daha sonra tarixi qala ərazisini gəzərək şəhər mənzərəsini seyr edib. Ziyarət zamanı yerli sakinlər və dükan sahibləri ilə söhbət edən Frostadottir ənənəvi qaşıq musiqisi ilə qarşılanıb.
Qala turunun sonunda o, Ankara panoramasını izləyib, xatirə şəkilləri çəkdirib və yerli sənətkarlarla görüşərək səfərini başa vurub.(“Qafqazinfo”)




-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?





















.jpg)











