İdman
Fransa DÇ-2026-nı boykot edəcək?
Fransanın idman naziri Marina Ferrari ABŞ ilə gərginlik fonunda 2026-cı il futbol üzrə dünya çempionatının mümkün boykotu ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, Avropanın aparıcı futbol ölkələrinin yüksək səviyyədə geosiyasi vəziyyətlə əlaqədar boykot ssenarisini müzakirə etməsi barədə iddialar yayılıb. Söhbət Qrenlandiya ətrafında yaranmış vəziyyətdən gedir. ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus olan adanı almaq və ya ilhaq etmək istədiyini açıq şəkildə bəyan edib.
“Hazırkı müzakirələr mərhələsində nazirliyimiz bu mötəbər turniri boykot etməyi düşünmür. Lakin gələcəkdə nələrin baş verə biləcəyi ilə bağlı heç bir proqnoz vermirəm. Həmçinin müəyyən siyasi bloklardan boykotla bağlı səslənən fikirləri də eşitmişəm. İdman və yarışların siyasətdən ayrılmasının vacibliyində israr edirəm”, – deyə Ferrari "RMC Sport"a açıqlamasında bildirib.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı Meksika, Kanada və ABŞ-da keçiriləcək. Oyunların böyük hissəsinə ABŞ ev sahibliyi edəcək.
Heybət
-
Magazin111:52Xana Babayeva ƏRƏ GETDİ - VİDEO
-
Rəsmi xronika10:50İlham Əliyev BƏƏ-yə dəvət edildi
-
Nida Xəbər 09:39Azərbaycan Trampın bu dəvətini qəbul etdi
-
Avropa09:24Tramp Makronu belə alçaltdı - Şok iddia
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ
-
Nida Xəbər 06:30Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
-
Magazin106:16“Necə sevirdim, Allah, şəhid olan atamı…” - VİDEO
-
Nəqliyyat05:45Ağsu dolaylarında hərəkət çətinləşdi - FOTO







.webp)




























