Dünya
Türkiyəyə qarşı "qılınc və qalxan" planı - İsrailin Yunanıstana gizli təklifi üzə çıxdı
Çərşənbə axşamı Afinada Yunanıstanın müdafiə naziri Nikos Dendias və İsrail müdafiə naziri Yisrael Katz arasında keçirilən görüşdə Türkiyəni hədəf alan müzakirələr aparıldığı üzə çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın "Nemesis" qəzeti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı İsrail Afinaya hava üstünlüyü, ballistik raketdən müdafiə, dəqiq idarə olunan raket hücum imkanları və qabaqcıl anti-dron sistemlərini əhatə edən hərtərəfli təklif təqdim edib. Həmçinin, Afinaya İran hücumlarında istifadə edilən Təl-Əvivə məxsus texnologiyaların Yunanıstanın F-35 qırıcı təyyarələrinə inteqrasiyası təklif edilib.
Görüşün əsas mövzularından birinin LORA ballistik raketləri olduğu vurğulanıb: "Bu raketlər strateji dərinlikdə yüksək dəqiqliklə zərbə endirmək imkanı təklif edir və inkişaf edən Türkiyə ballistik raket proqramına qarşı vasitə hesab olunur. Yunanıstan raketlə maraqlanarsa, İsrail ilk növbədə birgə istehsal da daxil olmaqla bütün variantları müzakirə etməyə hazırdır".

Həmçinin, PULS raket sistemləri və geniş çeşiddə sursat üçün müqavilənin tezliklə yekunlaşdırılmasının gözlənildiyi vurğulanıb: “Bu əməkdaşlığa İsrailin anti-dron texnologiyalarının Türkiyə PUA-larına və Egey və Şərqi Aralıq dənizində pilotsuz platformalara qarşı mübarizə aparmaq üçün hazırlanmış yerli Yunan istehsallarına mümkün inteqrasiyası daxildir. Yunanıstan və İsrailin Türkiyənin Egey və Aralıq dənizində artan təsirinə qarşı tədbir görməsi qaçılmazdır. Afina Təl-Əvivlə birlikdə Egey və Şərqi Aralıq dənizində Ankaraya qarşı qalxan və qılınc kimi çıxış edir”.
Sözügedən görüşdən sonra keçirilən birgə mətbuat konfransında İsrail və Yunanıstan arasında 2026-cı il üçün hərbi əməkdaşlıq proqramı çərçivəsində ümumilikdə 55 birgə tədbirin planlaşdırıldığı açıqlanıb. Katz bu tədbirlərdən 29-nun Yunanıstanda, 26-sının isə İsraildə keçiriləcəyini bildirib. Bu bəyanatlar Türkiyənin regional təsirini hədəf alan dolayı mesaj kimi şərh edilib.
Roza
-
Nida Xəbər 12:40Tramp Bakı və İrəvan arasındakı razılaşmadan danışdı: Putin inanmadı, mənə dedi ki...
-
ABŞ12:34ABŞ Konqresi seçimini etdi: Venesuelanı o idarə edəcək - FOTO
-
İdman12:28Ronaldonun heykəlini yandırdı, rəqs etdi və Tanrının son xəbərdarlığını çatdırdı - VİDEO
-
Magazin111:52Xana Babayeva ƏRƏ GETDİ - VİDEO
-
Rəsmi xronika10:50İlham Əliyev BƏƏ-yə dəvət edildi
-
Nida Xəbər 09:39Azərbaycan Trampın bu dəvətini qəbul etdi
-
Avropa09:24Tramp Makronu belə alçaltdı - Şok iddia
-
Ekologiya07:17Qar yağacaq, şaxta olacaq - PROQNOZ


































