İspaniyada daha bir qatar qəzası: Ölən və yaralıları çıxarmaq üçün... - VİDEO
Bizi izləyin

Dünya

İspaniyada daha bir qatar qəzası: Ölən və yaralıları çıxarmaq üçün... - VİDEO

İspaniyada son iki gündə ikinci ölümcül qatar qəzası baş verib.

Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Bildirilir ki, Barselonada yüksək sürətlə hərəkət edən qatar güclü yağış nəticəsində çökmüş beton istinad divarına çırpılıb.

Qatar maşinistinin yerindəcə öldüyü bildirilir. Məlumata görə, 37-dən çox insan yaralanıb, onların çoxunun vəziyyəti ağırdır.

Xilasedicilər qurbanları çıxarmaq üçün vaqonu hissələrə ayırmalı olublar.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm