İdman
Ronaldo "Əl-Nəsr"dən ayrılır - ŞOK İDDİA
“Əl-Nəsr”in hücumçusu və kapitanı Kriştiano Ronaldo iyun ayında klubu tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.
Bildirilir ki, futbolçunun müqaviləsində göstərilən sərbəstqalma məbləği 50 milyon avrodur.
2 fevral tarixində Ronaldonun adı Səudiyyə Ərəbistanı çempionatının 20-ci turunda “Ər-Riyad”a qarşı keçirilən və 1:0 hesabı ilə başa çatan oyunun iştirak ərizəsinə daxil edilməyib. 40 yaşlı portuqaliyalının rəqib klublarla müqayisədə dövlət investisiyalarının azlığından narazı qaldığı üçün matçı boykot etdiyi bildirilir. Əsas səbəb isə Kərim Benzemanın “Əl-İttihad”dan “Əl-Hilal”a transferi olub.
Ronaldo hesab edir ki, Səudiyyə futbolunun populyarlaşmasında və 2034-cü il dünya çempionatına namizədliyin irəli sürülməsində böyük töhfə verib və “Əl-Nəsr”ə qarşı qərəzli münasibətdən narazıdır.
Hücumçunun əsas prioriteti Avropaya qayıdış və ya MLS-ə keçiddir.
Heybət
-
Sağlamlıq04:14Zefirin elə faydaları üzə çıxdı ki...
-
Maraq dünyası03:43Üzünüzə gülən hər kəs dost deyil - Gizli düşmənçiliyi büruzə verən 7 davranış
-
İdman00:25“Qarabağ” - “Neftçi” oyunu zamanı insidentə cəhd edən 19 azarkeş saxlanıldı
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO


































