Ağır Atletika Federasiyasında fövqəladə iclas - ÖZƏL
Bizi izləyin

İdman

Ağır Atletika Federasiyasında fövqəladə iclas - ÖZƏL

Ağır Atletika Federasiyasındakı problemlər danılmazdır. Federasiya dopinq cəzasını (500 min dollar) ödəyib canını qurtarsa da, millidə idmançı qıtlığı, uğursuzluq baş alıb gedir.

Yığma komanda son yarışda belə ümidləri puça çıxartdı. Yarış öncəsi qurum ağır atletlərin axtarışına başlamışdı, amma istəyinə nail ola bilməmişdi (http://publika.az/p/47752). Belə ki, dünya çempionatına 3 yeniyetmə idmançı ilə qatılaraq fiaskoya uğramışdı. Bu vəziyyət federasiya rəhbərliyinin qəzəbinə səbəb olub.

Publika.az-ın əldə etdiyi məlumat görə, Ağır atletika federasiyasının prezidenti Cahangir Əsgərov nəhayət, fövqəladə iclas keçirməyə qərar verib. Qurumun prezidenti uğursuzluğa görə federasiyanın bütün üzvlərini tənbeh edib.

Əsgərov beynəlxalq federasiyanın kəsdiyi 500 min dollarlıq cəzanın ödənilməsindən sonra millinin uğursuzluqlarının səbəbini soruşub. Nə yeni baş məşqçi Tamas Feher, nə də digərləri bu uğursuzluğa izah tapa bilməyib.

Əsəbiləşən federasiya rəhbəri hər kəsi tənbeh edib. Cahangir Əsgərovun əsəbi vaxtına tuş gələn adamlardan biri də AAAF-ın baş katibi Yavər Hacıyev olub.

Yavər Hacıyevin danlanmasına səbəb federasiyadakı işlərin nəzarətdən çıxması olduğu deyilir. Saytımıza verilən digər məlumata görə, federasiya rəhbərliyi daha bir şans daha verib. Aprel ayında keçiriləcək Avropa çempionatında uğurlu nəticə olmasa, hər kəsin işinə yenidən baxılacaq.

Federasiya milli komandaya güclü idmançıları toplamalıdır. Bunun üçün yenidən millidən kənar qalmış idmançılar sınaqdan keçirilə bilər.

P.S. Bununla bağlı qarşı tərəfdən fikir öyrənməyə hazırıq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm