İdman
Məhəmməd Əlinin əlcəkləri 1 milyon dollara satılacaq
Əfsanəvi boksçu Məhəmməd Əlinin ilk dəfə çempionluq qazandığı zaman əllərində olan əlcəklər auksiona çıxarılacaq.
Publika.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, auksion 21 fevral tarixində Nyu-Yorkda, “Heritage Auctions” mərkəzində keçiriləcək.
Əlcəklərə qoyulan ilkin qiymət bir milyon dollardır.
Ağır çəkidə çıxış edən Məhəmməd Əli bu əlcəklərlə 25 may, 1965-ci ildə Soni Listonla döyüşə çıxmışdı. O vaxt o, özünə hələ müsəlman adı götürməmişdi. Kassius Kley adı ilə çıxış edirdi.
Həmin döyüşdə Məhəmməd Əli elə ik raundda Listonu nokauta salmışdı.
Keçən ilin avqustunda isə auksionda Məhəmməd Əlinin Co Feyzerlə görüşdə taxdığı əlcəklər satılmışdı. Anonim qalmaq istəyən alıcı əlcəkləri 388 min dollara satmışdı.
İlqar
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi