İdman
Fərid Qayıbov ruslara “yaşıl işıq” yandırdı
Avropa Gimnastika İttifaqının (Avropa Gimnastikası) İcraiyyə Komitəsi Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakı ilə bağlı bütün məhdudiyyətlərin ləğv olunması barədə qərar qəbul edib.
Publika.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyası (World Gymnastics) də rusiyalı və belaruslu idmançılara tətbiq olunan məhdudiyyətləri aradan qaldıraraq onların bayraq və himnlə beynəlxalq turnirlərə tam şəkildə qayıtmasına icazə vermişdi.
Avropa Gimnastikası rəsmi saytında yayımlanan bəyanatda deyilir:
“Avropa Gimnastikası Beynəlxalq Gimnastika Federasiyasının qərarına uyğun hərəkət edəcək və Rusiya ilə Belarus idmançılarının iştirakına tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldıracaq. Çünki Dünya Gimnastikası xüsusi qaydaları artıq qüvvədə deyil. Bu qərar yaxın vaxtlarda keçiriləcək növbədənkənar onlayn Baş Assambleyada ratifikasiya olunacaq”.
Rusiya idmançılarının məhdudiyyətsiz şəkildə iştirak edəcəyi ilk Avropa Gimnastikası turniri mayın 27-dən 31-dək Bolqarıstanın Varna şəhərində keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı olacaq.
Qeyd edək ki, Avropa Gimnastikasının prezidenti Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovdur.
-
Nida Xəbər 10:40"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
MDB09:29Bu zavodlar bir ayda səkkiz dəfə vuruldu - "Flamingo" qorxusu
-
Maraq dünyası09:18"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu


















.jpg)



.jpg)



.jpg)








