İdman
Mourinyo “Real”da onlar arasında seçim edəcək: Biri gedəcək…
“Real”a təyinatı gözlənilən “Benfika”nın baş məşqçisi Joze Mourinyo komandada Federiko Valverde və Orelien Çuameninin eyni vaxtda qalmasını istəmir.
Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, portuqaliyalı mütəxəssis heyəti optimallaşdırmağa və onun oyun sistemini poza biləcək daxili rəqabətin qarşısını almağa çalışır.
Xəbərdə qeyd olunur ki, Valverde ilə Çuameni arasında baş verən dava komandadaxili birliyin zəif olduğunu göstərib. Mourinyo isə rəhbərlik etdiyi bütün kollektivlərdə məhz bu amilə xüsusi önəm verir.
Xatırladaq ki, mayın 7-də məşq zamanı iki yarımmüdafiəçi arasında əvvəlcə sözlü mübahisə yaranıb, daha sonra bu qarşıdurma paltardəyişmə otağında əlbəyaxa davaya çevrilib. Hadisə nəticəsində uruqvaylı futbolçu Federiko Valverde baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hər iki futbolçuya 500 min avro məbləğində cərimə tətbiq olunub.
-
Nida Xəbər 10:40"İndiki deputatlara qibtə edirəm" - Akademiklə müsahibə
-
MDB10:04Bu tapıntı rusları varlandıracaq - "Kola aşkroftini" qızıldan da baha imiş
-
MDB09:29Bu zavodlar bir ayda səkkiz dəfə vuruldu - "Flamingo" qorxusu
-
Maraq dünyası09:18"Şarkzilla" amerikalıları qorxuya saldı - Balina yeyir, sürətlə böyüyür
-
ABŞ09:00Ən irimiqyaslı bombardmanlardan birinə hazırlıq gedir - ABŞ və İsrail bu həftəsonu İranı vuracaq
-
Art08:24Nəriman Həsənzadə vəfat etdi
-
Magazin107:55Aparıcı gələcək gəlinləri ilə bağlı arzusunu açıqladı: başqasını istəmirəm...
-
Hadisə07:15Azərbaycanda zəlzələ oldu


















.jpg)



.jpg)



.jpg)








