İdman
“Qəbələ” Belarusun yarımmüdafiəçisini aldı
“Qəbələ” Belarus milli komandasının yarımmüdafiəçisi Mixail Sivakovu heyətinə cəlb edib.
Publika.az-ın məlumatına görə, 27 yaşlı
futbolçu ilə 6 aylıq müqavilə imzalanıb.
Minskin “Smena” klubunun yetirməsi olan orta sahə oyunçusu 15
yaşında “BATE”yə keçib. Beş il bu komandada çıxış etdikdən sonra
M.Sivakov İtaliyanın “Kalyari” klubuna transfer olunub.
2009-2011-ci illərdə Apennin təmsilçisinin üzvü olan yarımmüdafiəçi
icarə əsasında “Pyaçentsa” və Polşanın “Visla” klublarının da
formasını geyib. 2011-2012-ci illərdə Belçikanın “Zulte Varegem”
klubunda top qovan belaruslu yenidən “BATE”yə qayıdıb. Əvvəl icarə
əsasında Borisov təmsilçisinin formasını geyən Sivakov sonra bu
kluba keçib. 2014-cü ildə vətənində “Qomel”, Ukraynada
“Çernomorets”in şərəfini qoruyan yarımmüdafiəçi Odessa komandasında
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış
edib.
Dörd dəfə Belarus, 1 dəfə Polşa çempionu olan futbolçu vətənində
ölkə kuboku və Superkubokunu da qazanıb. 2004-cü ildən milli
komandalara cəlb olunan M.Sivakov ölkəsinin U-17, U-19, U-21,
Olimpiya və əsas yığmalarının şərəfini qoruyub. 2010-cu ildən
Belarus millisinin üzvü olan yarımmüdafiəçi ən böyük uğuruna
U-21-in heyətində imza atıb. O, 2011-ci ildə Avropa çempionatının
bürünc mükafatçısı olub.
Qeyd edək ki, “Qəbələ” M.Sivakovadək Rəşad Sadiqov, ukraynalılar
Aleksey Qay, Dmitri Bezotosnı və Ruslan Fomini heyətinə qatıb.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO