Rusiya mətbuatı "Qəbələ"dən yazdı, amma yarımçıq...
Bizi izləyin

İdman

Rusiya mətbuatı "Qəbələ"dən yazdı, amma yarımçıq...

Rusiyanın championat.com saytı həftənin ən mötəbər hadisələrini şərh edərkən Azərbaycan Premyer Liqasına da toxunub.

Publika.az xəbər verir ki, şimallılar Toni Adamsın "Qəbələ"yə idman direktoru vəzifəsinə təyin olunmasını xüsusi qabardıblar.

"Azərbaycan Avropa ölkəsidir. Deməli, orada yüksək səviyyəli mütəxəssislər çalışmalıdır. "Qəbələ" də "partlayış" etmək qərarına gələrək, İngiltərə yığmasının dünya şöhrətli sabiq müdafiəçisini idman direktoru vəzifəsinə təyin etdi. Aydın məsələdir ki, məqsəd Azərbaycanda futbola diqqətin artırılmasıdır. Ümumiyyətlə, Azərbaycanda futbol rəhbərləri bu idman növünə göstərdikləri diqqətlə sevindirirlər. Onlar kütlələri futbola bağlamaq üçün Avropanın aparıcı çempionatlarının oyunlarını hamının seyr etməsi üçün pulsuz telekanallarda da işıqlandırırlar".

Qeyd edək ki, rusiyalı həmkarlarımız Adamsın bunadək "Qəbələ"də klub prezidenti Tale Heydərovun müşaviri vəzifəsində çalışdığını ya bilmirlər, ya da bilərəkdən oxucularından gizlədiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm