İdman
DÇ-2026: Türkiyə 10 nəfərlə qalan Paraqvaya məğlub oldu - YENİLƏNİB
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyunu başa çatıb.
Publika.az-ın məlumatına görə, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar 0:1 hesabı ilə məğlub olublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
***
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyununda ikinci hissə başlayıb.
Publika.az xəbər verir ki, "ay-ulduzlu"lar hesabda geridədirlər - 0:1.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Təcrübəli yarımmüdafiəçi Mert Müldürə ünvanladığı ifadələr zamanı əli ilə ağzını bağlasa da, epizod VAR tərəfindən araşdırıldıqdan sonra bu qərar verilib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatında yeni qırmızı vərəqə qaydası ilk dəfə tətbiq edilib. FİFA DÇ-2026-dan əvvəl futbolçuların rəqib və hakimlərlə danışarkən ağızlarını bağlamasını qadağan etmişdi.
***
Türkiyə - Paraqvay oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi hesabda irəli çıxıb - 1:0.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
***
Futbol üzrə dünya çempionatının Türkiyə - Paraqvay oyunu başlayıb.
Publika.az xəbər verir ki, D qrupunun II turunun matçı San-Fransisko Bay Arena stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.
-
MDB09:20Ukrayna “Wildberries”in daha bir anbarını vurdu - Yanır
-
Magazin208:53"Behzat Ç." saxlanıldı
-
Region06:51ABŞ İrana hücum etdi: Qeşm adasında xəsarət alanlar var - Yeniləndi
-
Sosial06:16Sabiq başçının həyat yoldaşının sürdüyü “BMW” “Prius” qiymətinə satıldı - Foto
-
ABŞ03:19Ağ Evdən COVID-19 virusu ilə bağlı şok açıqlama
-
Ekopublika.az01:20Mərkəzi Bank sədrindən manatla bağlı vacib açıqlama - Məzənnə dəyişəcək?
-
İdman29 İyul 23:55FİFA Argentina millisinə qarşı üç maddə üzrə araşdırma başlatdı
-
Magazin229 İyul 21:39"MasterChef"in qalibi evində ölü tapıldı - Foto














.jpg)



.jpg)














