İdman
MY rəhbərliyi azarkeşlərə qəzəbləndi - “Tənqidlərin bəziləri həddi aşır”
“Mançester Yunayted”in baş icraçı direktoru Ömər Berrada klub rəhbərliyinə qarşı artan narazılıqlara münasibət bildirib. O, azarkeşlərin tənqidlərinin bir hissəsini haqlı saysa da, sosial şəbəkələrdə idarəçilərə ünvanlanan bəzi hücumların artıq sərhədi keçdiyini düşünür.
Publika.az xəbər verir ki, Berrada bu barədə “Sky Sports”a müsahibəsində danışıb.
Premyer Liqada mövsümə uğursuz başlayan “Mançester Yunayted” hazırda turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Komandanın zəif nəticələri həm “Old Trafford”da, həm də sosial şəbəkələrdə azarkeşlərin kəskin narazılığına səbəb olub. Klubun baş icraçı direktoru ilə yanaşı, futbol direktoru Ceyson Uilkoksa da ünvanlanan tənqidlər getdikcə artır.
Berrada bildirib ki, rəhbər vəzifədə çalışmaq ictimai nəzarət və tənqidlə üzləşməyi qaçılmaz edir:
“Bu vəzifədə olmaq tənqid və nəzarəti də özü ilə gətirir. Bunu qəbul edirik. Tənqidlərin bir hissəsi haqlıdır, digərləri isə həddi aşır. Sosial media dövründə yaşayırıq və insanlar daha çox diqqət cəlb etmək üçün klubla bağlı mənfi xəbərlər yaymağa meyllidirlər. Biz isə belə məsələləri kənara qoyub problemlərin həllinə diqqət yetiririk”.
Klub rəhbərliyinə qarşı narazılıq yalnız idman idarəçiləri ilə məhdudlaşmır. Azarkeşlər “INEOS” şirkətinin rəhbəri və klubun azlıq səhmdarı Cim Retkliffin idman layihəsindən geri çəkilməsini tələb edən şüarlar səsləndirirlər. Qleyzer ailəsinə qarşı etirazlar da davam edir. Ailənin 2005-ci ildə klubu borc hesabına satın alması “Mançester Yunayted”in maliyyə vəziyyəti ilə bağlı uzun illərdir müzakirə mövzusudur. Klubun ümumi borcunun artıq 1 milyard funt sterlinqi keçdiyi bildirilir.
Bu arada, yeni baş məşqçi Maurisio Poçettino komandanı böhrandan çıxarmaq üçün çətin sınaqla üz-üzədir. Argentinalı mütəxəssis “Mançester Yunayted”in sükanı arxasında ilk oyununa bazar günü əzəli rəqib “Liverpul”a qarşı çıxacaq.
Bu qarşılaşmada uğurlu nəticə klub daxilindəki gərginliyi müəyyən qədər azalda bilər. Əks halda, növbəti uğursuzluq azarkeşlərin narazılığını daha da gücləndirə bilər.
-
Magazin106:46Xoşqədəm Hidayətqızı kafedə gözlənilməz vəziyyətlə üzləşdi: "Biabırçılıqdır"
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB22 Noyabr 15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin222 Noyabr 15:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
































