İdman
“Bakı” “Qarabağ”la oyuna çıxacaq - “Futbolçuların pulu ödənilməsə də...”
Azərbaycan Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaq olan "Bakı" klubunun matça çıxmayacağıyla bağlı söz-söhbət dolaşır.
Futbolçular maaş verilmədiyi üçün "Qarabağ"la görüşə çıxmamaq qərarına gəliblər. Oyuna isə bir gün qalıb. Klubun düşərgəsindəki vəziyyəti öyrənmək üçün “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. Publika.az-a danışan klub rəsmisi istənilən halda bu oyunun baş tutacağını bildirdi:
“İstənilən halda futbolçular oyuna çıxmalıdırlar. Mən dünən də onlarla söhbət edib başa saldım ki, peşəkar futbolçu meydana çıxıb oynamalıdır. Problemlər də klub rəhbərliyinin problemləridir. Bunun həll olunmasına çalışırlar.
Akademiyamızın futbolçularından 2-3 nəfər transferlərini yekunlaşdırıb, yerdə qalanlar isə yenə futbolsuz qala bilər. Ona görə futbolçu həmişə oynamalıdır.
Bir sözlə narahatçılığa dəyməz, bütün hallarda bu oyun baş tutacaq. Düzdür, komandada bir az əhval-ruhiyyə yaxşı deyil. Bizi də narahat edən budur”.
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi