İdman
Kantri musiqisinin ikonası vəfat etdi
Amerikalı müğənni, bəstəkar və kantri musiqisinin ikonası Dolli Parton 81 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə onun bacısı oğlu Brayan Siver “Instagram” sosial şəbəkəsində məlumat verib.
Siverin sözlərinə görə, Dolli Parton illər əvvəl məhz ondan öz vəfatı barədə xəbər verməsini xahiş edib.
“Mən iyirmi ildən çox onun təhlükəsizlik xidmətinin rəhbəri olmuşam, məndən əvvəl isə bu vəzifəni atam Larri tuturdu. Mən bu anın nə qədər ağır olacağını təsəvvür edirdim, lakin indiyədək bunu həqiqətən hiss etməmişdim”, - deyə o etiraf edib.
2025-ci ilin sentyabrında Dolli Parton infeksiya səbəbindən konsertini, 2026-cı ilin mayında isə Las-Veqasdakı rezidensiyasını ləğv etmişdi.
Avqustun 21-də Parton səhhəti ilə bağlı xəbərləri bölüşərək, vəziyyətinin 2025-ci ilin martında həyat yoldaşı Karl Dinin vəfatından sonra pisləşdiyini qeyd etmişdi.
“Mən Karla qulluq edərkən sadəcə diqqət yetirmədiyim bəzi səhhət problemləri ilə qarşılaşıram. Bilirsiniz, bu, oxşar çətinliklərlə mübarizə apardığım ilk hal deyil. Hələ 80-ci illərin əvvəllərində mən bir neçə ay qadın xəstəliklərindən əziyyət çəkirdim, eyni zamanda çəkimlə mübarizə aparırdım, yəni sağlamlığımla bağlı problemlərimin olmadığını demək olmaz”, — deyə o danışmışdı.
Bununla belə, o, səhhətinin yaxşılaşdığını və işini davam etdirdiyini bildirmişdi.
Dolli Parton bütün dövrlərin ən çox albomu satılan kantri ifaçısıdır - o, dünya üzrə 160 milyondan çox albom satıb.
Hüseyn İbadlı
-
Sosial23:12Sabah 9 rayonun bəzi əraziləri işıqsız qalacaq
-
İdman22:55Kantri musiqisinin ikonası vəfat etdi
-
İKT22:30“Telegram”dan möhtəşəm yeniliklər
-
Magazin122:15Elgiz Əkbər bu verilişlə geri dönür - VİDEO
-
Sosial20:24Elxan Mütəllimova yüksək vəzifə verildi
-
İdman20:00“Sabah” “Hapoel”ə qarşı - Start heyətlər bəlli oldu
-
Nida Xəbər 19:12Polad Bülbüloğlu boşandı və yenidən evləndi - FOTO
-
Magazin119:00Xuraman Şuşalı görün neçə kiloqram arıqladı - VİDEO

















.jpg)












.jpg)

.jpg)