İdman
Orada çox çətindir: “Qalatasaray”ın rusu İstanbulda nədən narazıdır?
“Qalatasaray” və Rusiya millisinin yarımmüdafiəçisi Aleksey Batrakov azarkeşlərin artan diqqəti səbəbindən İstanbulda üzləşdiyi çətinliklərdən danışıb.
Avqust ayında yarımmüdafiəçi Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a 25 milyon avroya transfer olunub. Batrakov bu mövsüm İstanbul klubunda beş oyun keçirib və bir məhsuldar ötürmə edib.
Publika.az xəbər verir ki, Rusiya Futbol İttifaqının mətbuat xidməti Batrakovdan sitat gətirib:
“Orada çox çətindir. Moskvada, “Lokomotiv”də oynadığım zaman eynək və papaq olmadan asanlıqla gəzməyə çıxa bilirdim, amma burada, hətta eynək və papaqla belə, çox tez-tez tanınıram. Bu baxımdan çətindir. Hamı sadəcə futbol dəlisidr”.
Batrakov İran (29 sentyabr, Kazan), Namibiya (3 oktyabr, Yekaterinburq) və Nigeriya (6 oktyabr, Nijni Novqorod) komandaları ilə yoldaşlıq oyunları üçün Rusiya millisinə çağırılıb.
Müəllif: Tural
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov












.jpg)





.jpg)
















