İdman
Rafinya Messinin rekordunu qıra biləcək? - “Qızıl buts” uğrunda mübarizə
“Barselona”nın braziliyalı futbolçusu Rafinya karyerasının ən məhsuldar dövrlərindən birini yaşayır. 29 yaşlı hücumçu mövsümün əvvəlindəki göstəriciləri ilə Avropanın “Qızıl buts” mübarizəsində ön sıralara yüksəlib.
Publika.az xəbər verir ki, Rafinya İspaniya La Liqasında indiyədək 12 qol vurub. Çempionlar Liqasında “Feyenoord”a qarşı iki dəfə fərqlənməsi ilə birlikdə onun ümumi göstəricisi daha da yüksəlib. Bu nəticə braziliyalı futbolçunu “Qızıl buts” yarışında ikinci pilləyə çıxarıb.
“Barselona” tarixində mövsümün ilk bölümündə Rafinyadan daha çox qol vuran yeganə futbolçunun Mariano Martin olduğu bildirilir. Martin 1943/44 mövsümünün başlanğıcında daha yüksək göstəriciyə nail olmuşdu.
“Qızıl buts” mübarizəsində isə yalnız vurulan qollar deyil, liqaların güc əmsalı da nəzərə alınır. Avropanın ən güclü beş çempionatında hər qol 2 xalla qiymətləndirilir. Digər bəzi liqalarda isə bu göstərici 1,5 və ya 1 xal təşkil edir.
Rafinyanın əsas hədəflərindən biri də mövsümün sonunda “Qızıl buts”u qazanan üçüncü braziliyalı futbolçu olmaqdır. Ondan əvvəl bu mükafata Ronaldo Nazario və Mario Jardel sahib çıxıblar.
Braziliyalı hücumçunun hazırkı qol tempini bütün mövsüm ərzində qoruması halında isə daha böyük rekord gündəmə gələ bilər. Hesablamalara görə, bu temp 66 qola qədər yüksələ bilər. Belə nəticə Lionel Messinin 2011/12 mövsümündə La Liqada müəyyənləşdirdiyi 50 qolluq göstəricini geridə qoyardı.
Lakin mövsümün hələ erkən mərhələsində olduğu nəzərə alınsa, Rafinyanın bu tempi nə qədər davam etdirə biləcəyi və Messi ilə müqayisədə rekord həddə çatıb-çatmayacağı qarşıdakı aylarda müəyyənləşəcək.
Müəllif: Tural
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?















.jpg)









.jpg)
.jpg)








