İdman
Futbolçuya oteldə hücum etdilər: Keçmiş menecerin işidir?
Fransanın “Lans” klubundan Səudiyyə Ərəbistanının “Neom” komandasına azad agent kimi keçməsindən bir neçə gün sonra Malanq Sarr İspaniyanın Marbella şəhərində təhlükəli hadisə ilə üzləşib.
Publika.az xəbər verir ki, onun keçmiş menecerlərindən birinin göndərdiyi bir qrup şəxs oteldə futbolçu ilə qarşılaşıb.
27 yaşlı “Neom” müdafiəçisi hadisə ilə komandasının iyulun 10-dan 31-dək Marbella şəhərində keçirdiyi təlim-məşq toplanışı zamanı qaldığı beşulduzlu oteldə üzləşib. Fransanın “L’Équipe” qəzeti hadisəni “pusqu” kimi qiymətləndirib.
“Le Parisien”in “L’Équipe”ə istinadən yaydığı məlumata görə, hadisə Sarrın “Neom”la müqavilə imzalamasından bir neçə gün sonra baş verib. Bir qrup fransalı şəxs futbolçunu tapmaq üçün Səudiyyə Ərəbistanı klubunun heyəti üçün ayrılmış restoran zalına gedib.
Məlumata görə, həmin şəxslər bəzi şahidləri təhdid edib, futbolçunu bara aparan pilləkənlərə doğru zorla sürükləyərək ona sillə vurublar. Daha sonra tərəflər arasında yüksək səslə mübahisə baş verib.
Sarr isə “L’Équipe”ə açıqlamasında hücuma məruz qaldığını təsdiqləməyib. Oteldə qalan bəzi şəxslər isə barın yaxınlığında gərgin mübahisənin baş verdiyini bildiriblər.
Hadisənin arxasında maliyyə mübahisəsinin dayandığı bildirilir. Məlumata görə, Sarrın keçmiş menecerlərindən biri futbolçunun “Neom”a transferindən sonra özünün haqsızlığa məruz qaldığını düşünərək narazılıq edib.
Transferin Sarr üçün maaş və bonuslar daxil olmaqla, vergilərdən sonra təxminən 15 milyon avro gəlir gətirəcəyi bildirilir. Komissiya əldə etməyən keçmiş menecer transferin baş tutmasındakı roluna görə maliyyə ödənişi almalı olduğunu düşünürdü.
Məlumata görə, Sarr üzləşdiyi təzyiqlərə baxmayaraq keçmiş menecerinə hər hansı maddi ödəniş etməkdən imtina edib.
Oteldə futbolçu ilə qarşılaşan şəxslər təhlükəsizlik kameralarının olduğunu gördükdən sonra İspaniya polisinin gəlməsindən bir neçə dəqiqə əvvəl ərazini tərk ediblər.
Sarr hadisə ilə bağlı polisə şikayət etməyib və karyerasını davam etdirib. O, “Neom”un baş məşqçisi Kristof Qaltyenin əsas oyunçularından birinə çevrilib və mövsümün əvvəlindən Səudiyyə Ərəbistanı klubunun keçirdiyi səkkiz oyunun hamısında meydana çıxıb.
-
Magazin222:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı






































