İdman
Qadın hakimə “Bu, kişi oyunudur” dedi - İşdən qovuldu
ABŞ-ın MLS Next Pro liqasında çıxış edən “Kolumbus Kryu 2” klubunda baş məşqçi Federiko Hiquainin vəzifəsinə xitam verilib.
Publika.az xəbər verir ki, klub rəhbərliyi argentinalı mütəxəssisin qadın hakimə qarşı cinsiyyətçi ifadələr işlətməsindən sonra belə qərar qəbul edib. “Kolumbus Kryu”nun baş meneceri İssa Tall bildirib ki, aparılan qiymətləndirmədən sonra Hiquainin komanda üçün uyğun şəxs olmadığı qənaətinə gəliblər.
Hadisə avqustun 23-də “Huntsville Siti” ilə matç zamanı baş verib. Qarşılaşmadan sonra Hiquain qadın hakimin əlini sıxarkən ona “Bu, kişi oyunudur” ifadəsini işlədib. Buna görə mütəxəssis iki oyunluq cəza alıb.
Hakimlər həmkarlar ittifaqı isə həmin cəzanı kifayət hesab etməyərək etiraz edib.
“Kolumbus Kryu”nun baş meneceri İssa Tall komandanın məşqçilərindən müəyyən standartlara cavab vermələrinin gözlənildiyini bildirib. O, son həftələrdə aparılan müzakirələr və son ayın daha ətraflı qiymətləndirilməsindən sonra Hiquainin bu tələblərə cavab vermədiyi qənaətinə gəldiklərini açıqlayıb.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?











.jpg)




.webp)









.jpg)








