İdman
Səudiyyə Ərəbistanına keçidinin səbəbini açıqladı: “Hər kəs buna razı olardı”
İngiltərənin “Mançester Siti” klubundan Səudiyyə Ərəbistanının “Əl-Qadsiah” komandasına transfer olunan Tijjani Reijnders keçidinin səbəblərindən danışıb.
Publika.az xəbər verir ki, 25 yaşlı niderlandlı yarımmüdafiəçi “NOS”a müsahibəsində “Mançester Siti”də daha bir mövsüm keçirmək istəmədiyini bildirib. Reijnders klubda vəziyyətin əvvəlki istiqamətdə davam etdiyini gördükdən sonra başqa variantlara baxmaq qərarına gəldiyini deyib.
Futbolçu “Əl-Qadsiah”ın baş məşqçisi Brendan Rocerslə görüşünün də qərarında rol oynadığını açıqlayıb. Rocersin ona Səudiyyə Ərəbistanında 3-4 il oynadıqdan sonra yenidən Avropaya qayıtmağın mümkün olduğunu söylədiyini qeyd edən Reijnders bunun özünün də planı olduğunu vurğulayıb.
Niderland millisinin üzvü maliyyə amilinin də qərarında mühüm rol oynadığını gizlətməyib. O, karyerasını başa vurduqdan sonra işləmək məcburiyyətində qalmamaq və gələcək nəsillərinə daha yaxşı həyat təmin etmək istədiyini bildirib.
Qeyd edək ki, “Əl-Qadsiah” Reijndersi transfer etmək üçün “Mançester Siti”yə 52 milyon funt-sterlinq ödəyib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?











.jpg)




.webp)









.jpg)








