İdman
Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
Dieqo Maradonanın ölümü ilə bağlı məhkəmə prosesində gözlənilməz iddia səsləndirilib.
Publika.az xəbər verir ki, məhkəmənin rəsmi eksperti, məhkəmə-tibb mütəxəssisi Pablo Ferrari argentinalı futbol əfsanəsinin COVID-19 səbəbindən ölmüş ola biləcəyini istisna etməyib.
Ferrari bildirib ki, 2020-ci ildə pandemiya dövründə aparılan yarılma zamanı koronavirus testi keçirilməyib və bu, metodoloji baxımdan ciddi çatışmazlıq olub. Onun sözlərinə görə, Maradonanın ölüm səbəbləri arasında COVID-19 ehtimalı da nəzərdən keçirilməli idi.
Mütəxəssis virusun bəzi hallarda xəstənin vəziyyətini çox sürətlə ağırlaşdıra bildiyini qeyd edib. Ferrari həmçinin Maradonanın ölümündən əvvəl uzun müddət əziyyət çəkdiyi ilə bağlı əvvəlki ekspert ifadələri ilə razılaşmayıb. Onun fikrincə, futbolçunun aqonal vəziyyəti bir neçə dəqiqə davam etmiş ola bilər.
Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında Buenos-Ayres əyalətinin Tiqre şəhərindəki evində ürək dayanması nəticəsində vəfat edib. O, ölümündən təxminən iki həftə əvvəl beynindəki subdural hematomaya görə əməliyyat olunmuşdu.
Hazırda onun ölümü ilə bağlı yeddi tibb işçisi məhkəmə qarşısındadır. Onlara ehtimal olunan qəsdlə adam öldürmə ittihamı irəli sürülüb. İş üzrə məhkəmə prosesi San İsidroda davam edir.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?











.jpg)




.webp)









.jpg)








