İdman
“Qalatasaray”ın ulduzu əfsanəni qəzəbləndirib: “Mbappe səviyyəsindədir, amma…”
Niderlandlı keçmiş futbolçu Rafael van der Vaart “Qalatasaray”ın almaniyalı futbolçusu Leroy Saneni yüksək qiymətləndirdiyini bildirib. O, Sanenin Kilan Mbappenin səviyyəsində potensiala malik olduğunu, lakin bunu meydanda tam nümayiş etdirə bilmədiyini deyib.
Publika.az xəbər verir ki, Van der Vaart Almaniya–Niderland oyunu ərəfəsində “Bild”ə müsahibəsində “Hansı alman futbolçunu Niderland vətəndaşlığına keçirib milli komandada oynatmaq istərdiniz?” sualını cavablandırarkən Sanenin adını çəkib.
“Mütləq Leroy Saneni seçərdim. Sonra isə köməkçi məşqçi kimi hər gün ona xəbərdarlıq edərdim. Bu uşaq Kilian Mbappenin səviyyəsindədir, amma sonda bunu heç cür ortaya qoya bilmir. Onun potensialı o qədər böyükdür ki, qorxaq kimi oynadığı üçün bunu göstərə bilmir. Bu vəziyyət məni çox əsəbiləşdirir”, – van der Vaart deyib.
Almaniya millisinin baş məşqçisi Yurgen Klopp Millətlər Liqasında Niderland, Yunanıstan və Serbiyaya qarşı keçiriləcək dörd oyun üçün ümumilikdə 44 futbolçu dəvət edib. Sane isə çağırılan futbolçular arasında yer almayıb.
Sane sonuncu dəfə 12 aprel 2026-cı ildə “Rams Park”da keçirilən və 1:1 hesabı ilə başa çatan “Kocaelispor”la oyunda qol vurub. Bundan sonra o, çempionatda 11, Türkiyə Kuboku və Çempionlar Liqasında isə bir-bir olmaqla, ümumilikdə 13 matçda qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?








.webp)
















.jpg)






.jpg)


