Mbappenin ideal şam yeməyinə dəvət edəcəyi məşhurlar - Ronaldo, Rihanna…
Bizi izləyin

İdman

Mbappenin ideal şam yeməyinə dəvət edəcəyi məşhurlar - Ronaldo, Rihanna…

Mbappenin ideal şam yeməyinə dəvət edəcəyi məşhurlar - Ronaldo, Rihanna…

“Real Madrid” və Fransa millisinin hücumçusu Kilian Mbappe xəyalındakı şam yeməyinə kimləri dəvət edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, futbolçunun sözlərinə görə, onun ideal siyahısına əfsanəvi basketbolçu Maykl Cordan, tennisçi Serena Uilyams, futbolçu Kriştiano Ronaldo və müğənni Rihanna daxil olacaq.

“Mən yemək bişirmirəm. Əgər mən yemək bişirməyə başlasam, hamı evə qaçar. Bəlkə bir şey sifariş etməliyik?” Mbappé seçimini izah edərkən zarafat edib.

“Maykl Cordan mənim ilham mənbəyimdir. Onunla bir dəfə görüşmüşəm və inanılmaz karyerası haqqında danışmaq üçün onu daha tez-tez görmək istərdim.

Kriştiano Ronaldo mənim kumirim idi və indi o, mənim dostumdur. Onunla vaxt keçirməkdən zövq alıram, o, mənə dəyərli məsləhətlər verir və dəstəkləyir. Və bilirəm ki, həmişə onun dəstəyinə güvənə bilərəm.

Serena Uilyams mənə idman karyerası ilə ilham verir və mən buna həqiqətən heyranam. Və bəlkə də sonradan Rihanna. Mən Rihannanı sevirəm”, – “The Athletic” Mbappenin sözlərini sitat gətirib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm