İdman
Ronaldo təqaüdə çıxmaqdan imtina etdi: Hələ lazımam
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, futbolçu bu barədə mətbuat konfransında danışıb.
41 yaşlı Ronaldo gələcəyi ilə bağlı qərarı diqqətlə düşündüyünü və Portuqaliya Futbol Federasiyasının prezidenti Pedro Proensa, həmçinin baş məşqçi Jorje Jezuşla məsləhətləşdikdən sonra milliyə fayda verməyə davam edə biləcəyinə əmin olduğunu bildirib.
O qeyd edib ki, komandaya yalnız qolları ilə deyil, gənc futbolçulara dəstəyi və təcrübəsi ilə də kömək edə bilər. Ronaldo start heyətində oynamağa, meydana sonradan çıxmağa, hətta ehtiyatda qalmağa belə hazır olduğunu vurğulayıb.
Ulduz futbolçu millidə keçmiş xidmətlərinə görə deyil, hazırkı klub formasına əsasən yer aldığını da bildirib.
Qeyd edək ki, Ronaldo avqust ayında bu mövsümün peşəkar karyerasında sonuncu ola biləcəyinə eyham vurmuşdu. Portuqaliyalı hücumçu karyerasını arxasında “nəhəng miras” qoyaraq başa vurmaq istədiyini bildirmişdi.
Müəllif: Adəm
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?











.jpg)





.jpg)






.jpg)










