İdman
Qolfdan daha realdır: Keyn gələcəkdə bu idman növündə yarışa bilər
“Bayern”in hücumçusu Harri Keyn Milli Futbol Liqasında (NFL) oynamaq istədiyini etiraf edib.
Publika.az xəbər verir ki, onun sözlərini “The Athletic” nəşri yayıb.
İngilis futbolçu gələcəkdə MLS və NFL-də kiker statusunda (topu yerindən vurmaq üzrə mütəxəssis) oynaya biləcəyini bildirib.
“Hər şey növbəti beş-altı il ərzində karyeramda nələrin baş verəcəyindən, motivasiyamdan və nə istədiyimdən asılıdır. NFL qolfdan daha realdır”, – Keyn deyib.
İngiltərə millisinin lideri uzun müddətdir ki, Amerika futbolu ilə maraqlanır və qapıçı kimi yaxşı iş görə biləcəyinə inanır. Harrinin hesablamalarına görə, Amerika futboluna uyğunlaşması üçün altı aydan bir ilə qədər vaxt lazım olacaq.
“Mən penaltiləri yerinə yetirirəm və bu, təzyiq və texnika baxımından çox oxşardır. Amma bütün elit idman növlərini televiziyada izlədikdə, sadə görünür. Əgər sınasam, ciddi məşğul olacağam”, – 33 yaşlı hücumçu qeyd edib.
Keynin “Bayern”lə 30 iyun 2027-ci ilə qədər müqaviləsi var. İngilis futbolçu bu yaxınlarda Bundesliqada rekord qırıb. Harri 98 oyunda 101 qol vuraraq 100 qola ən tez çatan oyunçu olub.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?









.jpg)






.jpg)







.jpg)










