İdman
Qardaşı sirri açdı: Taysonun Coşua ilə döyüş üçün xüsusi şərti var
Tayson Fyuri və Entoni Coşua döyüşmək üçün danışıqlar aparırlar, lakin hələlik rəsmi açıqlama verilməyib.
Publika.az xəbər verir ki, “Qaraçı Kralı”nın qardaşı Şeyn Fyuri, Taysonun Coşua ilə böyük döyüşdən əvvəl müqavilədəki vacib bir bənddə israr etməklə ehtiyatlı davranmağa qərar verdiyini açıqlayıb.
Şeynin sözlərinə görə, Tayson Entoninin onunla rinqdə döyüşəcəyinə şübhə edir. Buna görə də Fyuri müqavilədə Coşuanın artıq planlaşdırılan döyüşdən imtina etməsi halında Taysonun yenə də eyni arenada, lakin fərqli bir rəqibə qarşı döyüşməsini nəzərdə tutan bənd tələb edib.
Şeyn “Boxing King Media”ya verdiyi müsahibədə bildirib:
“Əgər hər hansı bir səbəbdən Coşua ilə döyüş baş tutmasa, amma tarix artıq təyin olunubsa, o, yenə də eyni arenada, eyni gündə başqa bir rəqiblə döyüşəcək. Tayson Coşuanın döyüşəcəyinə inanmır”.
Son məlumata görə, Coşua ilə Fyurinin döyüşü 11 dekabrda Kardiffdə baş tutacaq.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?









.jpg)






.jpg)







.jpg)










