İdman
Azərbaycan boksçusu Avropa çempionu oldu
Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.
Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.
Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.
Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.
Ondan öncə Səidcəmşid Cəfərov (75 kq) da adını finala yazdırıb. Dünya çempionatının mükafatçısı yarımfinalda Kalum Meykin (İngiltərə) üzərində qələbə qazanıb – 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28). Cəfərov sabah həlledici döyüşdə İsmayıl Mutsolqovla (Rusiya) gücünü yoxlayacaq.
Amin Məmmədzadə (55 kq) isə Avropa çempionatını bürünc medalla başa vurub.
Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarışı bürünc mükafatla bitirib. Sentyabrın 25-də - çempionatın son günündə Cəfərovla yanaşı, Nəbi İsgəndərov (70 kq) da final döyüşünə çıxacaq.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?









.jpg)






.jpg)







.jpg)










