İdman
Runi ilk dəfə etiraf etdi: “Yəhudi kökənliyəm, nənəm polşalıdır”
“Mançester Yunayted” və İngiltərə millisinin əfsanəsi Ueyn Runi katolik xristian kimi böyüməsinə baxmayaraq, əslində yəhudi köklərinin olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, İngiltərə millisinin keçmiş kapitanı nənəsi Pat Morreyin ailəsi vasitəsilə Polşadan köç etmiş insanların nəslindən gəldiyini öyrənib.
Ueyn Runi həyat yoldaşı Kolen və 10 yaşlı Kit və 8 yaşlı Kass adlı iki kiçik oğlu ilə birlikdə Polşadakı Auşvitz düşərgəsinə səfəri zamanı bu barədə danışıb.
Ueyn Runi 10 bölümdən ibarət “The Real Rooneys” serialı ilə bağlı “Disney+”a verdiyi açıqlamada deyib: “Bu yaxınlarda nənəmin ailəsinin polşalı yəhudilər olduğunu öyrəndim”.
İngiltərənin “The Sun” qəzeti onun sözlərinə istinadən yazıb ki, Runi əlavə edib: “Mən katolikəm, amma həmişə “Niyə biz yəhudi deyilik?” kimi suallar vermişəm”.
Qəzet qeyd edib ki, yəhudi mənşəyinin ana tərəfdən gəlməsi ilə əlaqədar Runi dini ənənələr baxımından yəhudi hesab edilə bilər.
Runi ətrafındakılarla mümkün spin-off serialı barədə zarafatlaşaraq, 40 yaşlı keçmiş “Mançester Yunayted” hücumçusu serialın adının gülərək “Yəhudi Roo” olmasını təklif edib.
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."



































