İdman
Nəhəng liqalardan FİFA-ya SƏRT TƏLƏB: İslahat istəyirlər
Premyer Liqa, Bundesliqa, La Liqa və Serie A FİFA-nın idarəetmə sistemində islahat tələb edən birgə bəyanat hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Liqalar, xüsusən də beynəlxalq futbol təqvimi ilə bağlı əsas məsələlərdə qərar qəbuletmədə daha böyük rol oynamaq istəyirlər.
“Premyer Liqa, Bundesliqa, La Liqa və Seriya A birgə bəyanat yayaraq FİFA-da islahatların aparılmasını, daha müstəqil nəzarətin tətbiq edilməsini və liqalar da daxil olmaqla maraqlı tərəflərə qərar qəbuletmə prosesində real rol verilməsini tələb edəcək”, – deyə məlumatda bildirilir.
Avropa liqaları daha tez-tez Klublararası Dünya Kuboklarının keçirilməsi və milli komanda turnirlərinin genişlənməsi potensialı səbəbindən sözdə “təqvim süründürməçiliyinə” qarşıdırlar.
Xatırladaq ki, 2024-cü ildə Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası ( FIFPro ) və Avropa Liqaları Assosiasiyası La Liqa ilə birlikdə beynəlxalq oyun təqvimi ilə bağlı FİFA-ya qarşı Avropa Komissiyasına şikayət ərizəsi təqdim etmişdi.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?







.jpg)





.jpg)










.jpg)










