İdman
Boksçularımız Avropa çempionatını rekord sayda medalla başa vurdular
Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub. Komandamızın heyətində Sübhan Mamedovun (50 kiloqram) ardınca Səidcəmşid Cəfərov da yarışın qızıl medalını qazanıb.
Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan milli üzvü finalda İsmayıl Mutsolqovu (Rusiya) məğlub edib - 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28).
Bununla da Azərbaycan millisi 43 ölkədən 406 boksçunun qatıldığı Avropa çempionatını rekord sayda - 5 medalla başa vurub. Baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandamız 2 qızıl, 1 gümüş və 2 bürünc mükafata sahib olub.
Qeyd edək ki, Avropa çempionatında Cəfərovdan öncə Sübhan Mamedov (50 kiloqram) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəbi İsgəndərov (70 kiloqram) gümüş, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?







.jpg)





.jpg)










.jpg)










