İdman
Argentinada Lionel Messinin mirası kimə qismət olacaq?
Lionel Messinin Argentina millisində geyindiyi 10 nömrəli formanı kimin davam etdirəcəyi ilə bağlı namizəd müəyyənləşib. Kapitan sarğısını isə Kristian Romero taxacaq.
Publika.az xəbər verir ki, Argentina millisi Messi dövründən sonrakı ilk oyununa sentyabrın 30-da Boliviya ilə yoldaşlıq görüşündə çıxacaq. 2022-ci ilin dünya çempionu olan komandanın kapitanı artıq bəllidir.
Mətbuatda yayılan məlumatlara görə, “Tottenhem”dən “Atletiko Madrid”ə keçən müdafiəçi Kristian Romero Argentina millisinin yeni kapitanı olacaq. O, dünya çempionatından sonra komandanın üçüncü kapitanı hesab edilirdi.
Baş məşqçi Lionel Skaloni də mətbuat konfransında kapitanlıq sarğısının “Cuti” ləqəbli Romeroya veriləcəyini təsdiqləyib. Emiliano Martinez və Lautaro Martinez də kapitanlıq üçün mümkün namizədlər sırasında göstərilirdi.
Messinin milli komandada geyindiyi 10 nömrəli formanın taleyi ilə bağlı isə artıq müəyyən istiqamət formalaşıb. ESPN və “The Athletic”in yaydığı məlumata əsasən, bu nömrə “Como”nun 22 yaşlı yarımmüdafiəçisi Nikola Paza veriləcək.
Paz 2024-cü ilin yayında “Real Madrid”dən ayrıldıqdan sonra “Como”da özünü göstərməyə başlayıb. O, ötən mövsüm İtaliya A Seriyasında 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu yeni mövsümdə də məhsuldarlığını davam etdirir. Altı oyundan sonra onun hesabında artıq dörd məhsuldar nəticə var. Bunların ikisi Çempionlar Liqasında etdiyi assistlərdir. Paz Argentina millisində isə indiyədək 11 matçda iştirak edib, bir qol və bir assistlə yadda qalıb.
Argentinalı azarkeşlərin bir qismi Messidən sonra 10 nömrəli formanın ümumiyyətlə heç kimə verilməməsini istəyirdi. Lakin FIFA qaydaları milli komandaların 1-dən 23-ə, bəzi hallarda isə 26-ya qədər nömrələrdən istifadə etməsini tələb edir. Bu səbəbdən 10 nömrənin tamamilə dövriyyədən çıxarılması mümkün deyil.
Messinin milli komanda karyerası isə hələ tam başa çatmayıb. Argentina yığmasının oktyabrın 6-da Buenos-Ayresdə Beninlə yoldaşlıq görüşündə çıxış edəcəyi və bu matçın 38 yaşlı futbolçunun ölkəsində rəsmi vida qarşılaşması olacağı gözlənilir.
Qeyd edək ki, Braziliya millisində də Neymarın 10 nömrəli formasının taleyi müəyyənləşib. “Barselona”nın futbolçusu Rafinya bu nömrəni daşıyacaq.
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
















.jpg)
















