İdman
“Fənərbağça”nın ulduzu 12 otaqlı villaya köçdü
“Fənərbağça”nın ulduz futbolçusu Meyson Qrinvud ailəsi ilə birlikdə İstanbulda yeni evə köçüb. İngilis futbolçunun kirayə götürdüyü villanın ölçüsü isə diqqət çəkib.
Publika.az xəbər verir ki, “Fənərbağça”ya transfer olunduğu gündən həyat yoldaşı və uşaqları ilə birlikdə oteldə qalan Qrinvud artıq villa kirayələyib.
“Fanatik”in məlumatına görə, futbolçunun yeni yaşayış ünvanı olduqca böyük və lüks malikanədir. Villanın ümumilikdə 10+2 otaqdan ibarət olduğu bildirilir.
Qrinvudun yeni evi sosial şəbəkələrdə də diqqət çəkib. Futbolçunun ailəsi ilə daha rahat şəraitdə yaşayacağı yeni villaya köçməsi uzun müddət oteldə qalmaqdan sonra onun üçün dəyişiklik olub.
Qeyd edək ki, “Fənərbağça” Qrinvudu yay transfer pəncərəsində “Marsel”dən 39 milyon avro qarşılığında heyətinə qatıb. “Transfermarkt”ın məlumatına görə, 24 yaşlı futbolçunun hazırkı bazar dəyəri 55 milyon avro təşkil edir.
İngiltərə millisinin üzvü “Fənərbaxça” forması ilə bütün turnirlərdə 13 oyuna çıxıb. Bu qarşılaşmalarda 6 qol vuran Qrinvud 4 məhsuldar ötürmə edib. Beləliklə, futbolçu İstanbul klubunda keçirdiyi ilk 13 matçda ümumilikdə 10 qola birbaşa töhfə verib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?







.jpg)





.jpg)










.jpg)










