İdman
700 milyon avro yoldadır: “Barselona” “Kamp Nou”da yeni bir “xəzinə” tapdı
“Barselona” yenilənən “Spotify Kamp Nou” stadionundan uzunmüddətli gəlir əldə etmək üçün yeni kommersiya modelini işə salıb. Klub VIP oturacaqlarının uzunmüddətli lisenziyalarının satışından təxminən 700 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, “Barselona” strateji tərəfdaşı “Legends Global” şirkəti ilə birlikdə stadiondakı 2 min VIP oturacağını 15 və ya 30 illik müqavilələrlə satışa çıxarıb. Müştərilər bu müddət ərzində xüsusi oturacaqla yanaşı, müxtəlif VIP xidmətlərindən də yararlana biləcəklər.
İspaniyanın “Marca” nəşrinin məlumatına görə, klub sözügedən oturacaqların satışından müqavilələrin qüvvədə olduğu müddət ərzində təxminən 700 milyon avro zəmanətli gəlir əldə etməyi hədəfləyir. Satış prosesinin təxminən iki il yarım davam etməsi nəzərdə tutulur.
“Barselona” daha əvvəl stadionun VIP sektorunda 5 min oturacağın satışını həyata keçirib. Müxtəlif müddətli müqavilələr hesabına klubun 380 milyon avrodan çox zəmanətli gəlir əldə etdiyi bildirilir.
Bundan əlavə, “Spotify Kamp Nou”dakı bütün lojaların və xüsusi tribunaların da artıq satıldığı açıqlanıb.
Klub bununla stadionu yalnız futbol matçlarından və bilet satışından gəlir əldə edilən məkan kimi deyil, həm də VIP xidmətlər və korporativ müştərilər üçün kommersiya platforması kimi inkişaf etdirməyə çalışır.
“Spotify Kamp Nou”nun yenidən tam istifadəyə verilməsi ilə “Barselona” uzunmüddətli gəlir mənbələrini artırmağı və stadionun kommersiya potensialından daha geniş istifadə etməyi planlaşdırır.
-
Dünya02:00İran ABŞ-a Hörmüzlə bağlı 7 günlük plan göndərdi
-
Qoroskop01:20Günün ulduz falı: xoş xəbərlər alacaqsız
-
Nida Təhlil 25 Sentyabr 22:04Türkiyə mediasında Bakıya qarşı kampaniya cəhdi: BMT-də əslində nə baş verib?
-
Ekologiya25 Sentyabr 20:24Bu payız fərqli olacaq: Aralıq dənizindən gələn siklonlar Azərbaycana necə təsir edəcək?
-
Hadisə25 Sentyabr 19:40Azyaşlını döyən şəxs saxlanıldı - Foto/Yeniləndi
-
Ekologiya25 Sentyabr 19:25Azərbaycanda külək güclənib: bəzi rayonlarda yağış yağır - Faktiki hava
-
Nida Xəbər 25 Sentyabr 18:50Mehdiyevin kürəkəninin şərik olduğu obyektlər satışa çıxarıldı
-
Nida Xəbər 25 Sentyabr 15:38Prezident ona “general-leytenant” ali hərbi rütbəsi verdi - FOTO
































