İdman
“Barselona”nın ulduzu qışda Almaniyaya gedəcək?
“Bayern Münhen” qarşıdakı qış transfer pəncərəsində heyətini “Barselona”dan edəcəyi mühüm transferlə gücləndirməyi planlaşdırır.
Publika.az xəbər verir ki, digər klubların Camal Musiala və Maykl Olizeyə marağının artması fonunda Bavariya təmsilçisi yeni hücumçu ilə müqavilə imzalamaq üçün alternativ planlar hazırlamağa başlayıb.
“Sky Sports”un məlumatına görə, “Bayern Münhen” “Barselona”nın ulduzu Dani Olmonu heyətinə qatmaq üçün təklif verməyə lazım olan vəsaiti hazırlayır.
Alman klubunun Dani Olmoya marağı uzun müddətdir davam edir. Bu marağın futbolçunun Almaniyada “Leypsiq”də keçirdiyi uğurlu dördillik dövrə qədər uzandığı bildirilir. Klub həmçinin futbolçunun “Barselona”dakı davamlı inkişafını da izləyib.
Lakin Olmo ilə anlaşma əldə etmək asan olmayacaq. Çünki futbolçunun hazırkı dəyəri təxminən 60 milyon funt sterlinq, yəni 70 milyon avro civarındadır.
Olmo İspaniyanın 2026-cı il dünya çempionatında qalib gəlməsində mühüm rol oynayan futbolçulardan biri olub. O, ölkəsinin milli komandasının final oyunu da daxil olmaqla, turnirdə yalnız iki matç istisna olmaqla bütün qarşılaşmalarda start heyətində meydana çıxıb və yarış boyunca iki məhsuldar ötürmə edib.
Peşəkar karyerasına “Dinamo Zaqreb”in əsas komandasında başlayan 28 yaşlı futbolçu “Leypsiq”də çıxış etdiyi müddətdə 29 qol vurub və 34 məhsuldar ötürmə edib. Daha sonra 2024-cü ildə 47 milyon funt sterlinq qarşılığında “Barselona”ya transfer olunub.
“Barselona”ya keçdiyi vaxtdan etibarən Olmo təxminən 100 oyunda 20 qol vurub və 20 məhsuldar ötürmə edib.
Dani Olmo İspaniya millisində 58 oyunda 12 qola imza atıb. Futbolçunun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
-
Elm və təhsil08:45Azərbaycanda məktəblərlə bağlı yeni qayda - Məcburi ola bilər
-
Nida Xəbər 02:43Ramiz Mehdiyev təltiflərindən də məhrum ediləcək?
-
ABŞ02:19Trampın təyin etdiyi mətbuat katibi cəmi 5 gün sonra postunu tərk etdi - Qalmaqalın detalları
-
Qoroskop01:20Günün ulduz falı: Köhnə bir tanışınızdan maraqlı təklif alacaqsız
-
İdman16 Oktyabr 22:32Ronaldo MLS-ə gedə bilər - “İnter Mayami”də baş məşqçi olacaq?
-
Rəsmi xronika16 Oktyabr 20:12İlham Əliyev: “Bizim öz yolumuz var” - Video
-
Nida Xəbər 16 Oktyabr 19:40Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi
-
Ekopublika.az16 Oktyabr 18:50Bizi gələn il nə gözləyir? - Proqnoz
















.jpg)



















