İdman
Millilərimiz Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti görüşlərini keçirəcəklər.
Publika.az xəbər verir ki, kişilərdən ibarət yığma X turda Bolqarıstan seçməsi ilə qarşılaşacaq.
Qadınlardan ibarət komanda isə Sloveniya ilə mübarizə aparacaq.
İndiyədək 9 tur keçirən kişi şahmatçılarımız 13 xalla 11–22-ci pillələri bölüşürlər. Əlavə göstəricilərə əsasən millimiz turnir cədvəlində 12-ci sırada yer alır. 16 xal toplayan Özbəkistan liderdir. Hindistan, Özbəkistan-2 və Ermənistan isə 15 xalla müvafiq olaraq 2–4-cü yerlərdə qərarlaşıblar.
Qadınlardan ibarət komandamız 9 turdan sonra 13 xalla 14-cü pillədədir. Çin 17 xalla turnir cədvəlinə başçılıq edir. Hindistan, Qazaxıstan və Monqolustan seçmələrinin hərəyə 15 xalı var və bu komandalar 2–4-cü yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən və ümumilikdə 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...






















.jpg)








.jpg)



