İdman
Koxalski “Qarabağ”dan ailəsinə görə ayrılıb?
Polşa millisinin qapıçısı Mateuş Koxalski “Qarabağ”dan ayrılaraq “Vyeçista Krakov”a keçməsinin səbəblərindən danışıb.
Publika.az “WP SportoweFakty”yə istinadən xəbər verir ki, 26 yaşlı qolkiper “Qarabağ”da və Çempionlar Liqasında yaxşı çıxış etməsinə baxmayaraq, Avropanın aparıcı çempionatlarından konkret təklif almadığını bildirib.
Koxalski Dortmund “Borussiya”sı və “Napoli”nin onunla maraqlandığı barədə xəbərlərin yayıldığını, lakin bu klublardan heç birinin “Qarabağ”a rəsmi təklif göndərmədiyini deyib. Qapıçıya BƏƏ-dən və Bolqarıstanın “Ludoqorets” klubundan real təkliflər gəlib.
Futbolçu BƏƏ-yə karyerasının daha sonrakı mərhələsində getməyi planlaşdırdığını, “Ludoqorets”i isə avrokuboklarda iştirak etmədiyi üçün seçmədiyini qeyd edib. O, ailəsinə yaxın olmaq istəyinin də Polşaya qayıtmaq qərarında rol oynadığını vurğulayıb.
Koxalski sentyabrın 8-də “Vyeçista Krakov”la üçillik müqavilə bağlayıb. Bununla belə, qapıçı gələn yay yenidən xaricə transfer olunmaq niyyətində olduğunu gizlətməyib.
Koxalski “Qarabağ”da Azərbaycan çempionatında 41 matç keçirib və 19 oyunda qapısını toxunulmaz saxlayıb. Çempionlar Liqasında isə 10 görüşdə meydana çıxıb və “Napoli” ilə qarşılaşmada penalti zərbəsini dəf edib.
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?






.jpg)


















.jpg)









