İdman
Səfir Formula 1 mediasının fəaliyyəti ilə tanış oldu
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Dunkan Norman Bakıda keçirilən 10-cu Formula 1 Azərbaycan Qran-Prisinin qonağı olub.
Bakı Şəhər Halqasından (BŞH) Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində səfir BŞH-nin yenilənmiş paddoku ilə tanış olub, həmçinin Media Mərkəzini ziyarət edib. Burada ona media nümayəndələrinin fəaliyyəti üçün yaradılan şərait barədə məlumat verilib. Səfir akkreditasiya mərkəzi, jurnalist və fotoqrafların iş otaqları, eləcə də mətbuat konfransı zalı ilə tanış olub.
Qeyd olunub ki, Qran-Pri günlərində Media Mərkəzində 300-ə yaxın yerli və xarici media nümayəndəsi fəaliyyət göstərir.
Dunkan Norman, həmçinin yerli media nümayəndələri ilə görüşərək Azərbaycan Qran-Prisi ilə bağlı təəssüratlarını bölüşüb. Səfirin sözlərinə görə, Bakıdakı yarışın əsas xüsusiyyətlərindən biri azarkeşlərə Formula 1 mübarizəsini izləməklə yanaşı, şəhərlə və onun görməli yerləri ilə yaxından tanış olmaq imkanı yaratmasıdır.
“Bu mövsüm Formula 1-də beş britaniyalı pilot yarışır və onlardan ikisi dünya çempionudur. Onların hər birinə uğurlar arzulayıram və britaniyalı pilotlardan birinin Bakıda qalib gəlməsinə çox şad olaram”, – deyə Dunkan Norman bildirib.
Qeyd edək ki, Böyük Britaniya Formula 1 tarixində xüsusi yer tutur. 1950-ci ildə dünya çempionatının ilk yarışı məhz Böyük Britaniyanın Silverstoun trasında keçirilib. Bu gün də ölkə Formula 1-in əsas mərkəzlərindən biri olaraq qalır.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
















.jpg)




.jpg)










.jpg)



