İdman
Ayxan Abbasov millinin əsas məqsədini açıqladı
Sabah Millətlər Liqasında ilk oyunumuza çıxacağıq. Rəqibimiz artıq ilk oyununu keçirib və Lixtenşteyni məğlub edib. Litvanın son 4 oyununa nəzər salsaq görərik ki, daha çox ənənəvi heyətlə mübarizə aparırlar. Bir çox futbolçuları Avropa klublarında çıxış edir. Son zamanlar yaxşı mənada inkişaf etdiklərini də müşahidə edirik.
Publika.az xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Divizionunda Litva yığmasına qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: Biz də yoldaşlıq oyunu keçirdik və həmin görüşdən fərqli olaraq, sabah futbolçularımızın daha yüksək templə oynamasını istəyirik. Rəqibin ilk dəqiqələrdən meydanda təzyiq göstərəcəyini bilirik. Komanda ümumilikdə oyuna hazırdır. Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır. Bilirik ki, Litva ilə şanslarımız bərabərdir. Onlar da bunun üçün mübarizə aparacaqlar. Qrupda üç komanda var və hər xal, hər vurulan və buraxılan qol vacib olacaq. Biz də buna hazır olmalıyıq”.
Azərbaycan millisinin hücumçusu Mahir Emreli də yaxşı nəticəyə ümid etdiklərini vurğulayıb: “Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.
Qeyd edək ki, sentyabrın 27-də “Dariaus ir Gireno” stadionunda keçiriləcək Litva-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika9 Noyabr 14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya9 Noyabr 13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
















.jpg)




.jpg)










.jpg)



